Ukrayna - Rusiya müharibəsi ilə bağlı yeni proqnoz verilib

Ukraynadakı müharibənin aktiv fazasının aprelin ortalarında sona çatacağı gözlənilir.

Bu proqnozu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlayıb.

O, bu barədə "Rada" telekanalında bildirib.

Onun sözlərinə görə, rus ordusunun qarşısında iki seçim olacaq - sülh müqaviləsi, yaxud  da onlar yerlərində qalırlar  və partizan müharibəsi başlayır: biz sülh müqaviləsini diqtə edəcəyik.

Arestoviç vurğulayıb  ki,  partizan müharibəsi başlayarsa və  "əgər onlar  sülh razılaşmasına razı olmasalar, hamısını sona qədər öldürəcəyik. Amma bizim də çoxumuz öləcək”.

Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk “Xalq Respublikalarının”  suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Ukraynanın demilitarizasiyası üzrə “xüsusi  hərbi əməliyyatın” başlandığını elan edib.

Ukraynada başladılan müharibə artıq 40 gündür ki, davam edir. Ukrayna və Rusiya nümayəndə heyətlərinin dəfələrlə bir araya gətirilməsinə (iki dəfə Türkiyədə) baxmayaraq, bu dəhşətli müharibəyə hələ də son verilmir...

Ukrayna mübarizə aparmaqda davam edir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN