AZƏRBAYCAN UKRAYNAYA HUMANİTAR TİBBİ YARDIM GÖNDƏRİB
Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.