ÖLÜM SEVİNMƏSİN QOY! - MUĞANLIDA ŞƏHİD NİCAT XƏLİLLİ BULAĞI AÇILDI
Xalqımız öz qəhrəmanlarını unutmur, onları ürəyində, yaddaşında yaşadır, əziz xatirələrini daim yad edir, gələcək nəsillərin də xatırlaması, ibrət alması üçün bu şərəfə şeir, hekayə, mahnı ithaf edir, abidə kompleksləri yaradır. Cümhuriyyət qurucularından II Dünya müharibəsində həlak olanlara, Birinci Qarabağ savaşı fədailərindən 44 günlük zəfər dolu Vətən müharibəsi şəhidlərinə qədər həmin ehtiram və anım daim qorunub saxlanılır, ömrünü el-obaya, Vətənə bağışlayanlar cismən yoxluqlarına baxmayaraq, ruhən yaşayır, əbədiyyət fatehlərinə dönürlər.