Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin jurnalistə verdiyi cavabı pisləyib və bunu “səriştəsiz davranış” adlandırıb.

Gürcüstan KİV-nin məlumatına görə, ölkə prezidenti  Salome Zurabişvili bu barədə sosial media hesabında bəyanat yayıb.

 “Mən cənab İrakli Kobaxidzenin davranışını qəti şəkildə pisləyirəm. Belə çıxış bu ölkəyə yaraşmır, mədəniyyətimizə, adət-ənənəmizə, nəzakətimizə yaraşmır. Bu addım, yalnız siyasi zəifliyi ortaya qoyur!", - deyə Salome Zurabişvili qeyd edib.

Xatırladaq ki, ötən gün jurnalist "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidzedən Ukrayna Radasının deputatı Davit Araxamiyanın açıqlamaları ilə bağlı sual verib ("Mtavari Arxi" kanalına müsahibəsində Davit Araxamiya İrakli Kobaxidzeni "Kaqebeşnik" oğlu olduğunu bildirmişdi).

Jurnalist İrakli Kobaxidzedən soruşub ki, Davit Araxamiya müsahibəsində onun adını çəkib və “Siz "Kaqebe" (Keçmiş SSRİ DTX) agentinin oğlu deyilsiniz, cənab İrakli?” sualını verib. Kobaxidze isə jurnalistə cavabında “Kaqebeşnik sizin atanızdır. Araxamiya kişi olmadığı kimi, sən də qadın deyilsən. Ayıbdır. Siz üzünüzü itirmisiniz, başını da itirmisən. Buna görə siyasətə dəyərmi? Vahid Milli Hərəkat üçün öz simanı itirmisən. Sən qadın deyilsən, qadın üzünü itirmisən. Saakaşvilinin ağızı ilə danışırsan. Sənə ayıb olsun", -  deyə cavab verib.

Qeyd edək ki, 44 yaşlı siyasətçi – İrakli Kobaxidze (1978 -ci ildə Tbilisi) 2000-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2002-ci ildə Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda doktorluq dərəcəsi alıb. 2005 və 2006-cı illərdə Düsseldorf Universitetində LLM və fəlsəfə doktoru dərəcələrinə layiq görüldükdən sonra Kobaxidze müxtəlif Gürcüstan universitetlərində dərs deyib. Eyni anda BMTİP-in layihə meneceri olaraq da çalışıb. O, həmçinin Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərmiş və Açıq Cəmiyyət - Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olmuşdur. Kobaxidze, 2015-ci ilin yanvar ayında hakim “Gürcü arzusu” partiyasına qatılaraq icra katibi oldu. 2016-cı il parlament seçkilərində “Gürcü arzusu” partiyasının qələbəsindən sonra Kobaxidze 2016-cı il noyabrın 18-də 3 səsverməyə 118 səslə Parlamentin sədri seçildi.Onun seçimi müxalifətdəki "Birləşmiş Millətin Hərəkatı" partiyasının üzvləri tərəfindən tənqid edilib. 2019-cu ildəki Gürcüstan etirazlarının ilk günündə istefa verdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN