"Baku Electronics"dən aldığı telefon problemli çıxan vətəndaş şirkətin qanuna əməl etməməsindən və öz zay məhsulu geri qaytarmamasından şikayətçidir.

Bu barədə sosial şəbəkədə "Baku Electronics" müştərisi yazıb.

O, "Baku Electronics"dən aldığı telefonun xarab olmasına baxmayaraq, şirkətin laqeydliyinə və problemin həllinə yanaşmamasına etiraz edib: ""Baku Electronics"in başıma açdığı biabırçı oyundan danışmaq istəyirəm. Belə ki, bu şirkətdən aldığım telefonun problemli olduğunu biləndən bir gün sonra dəyişdirmək və ya geri qaytarmaq üçün müraciət etdim. Lakin şirkətin servis xidmətindən məhsulun qaytarılması və ya dəyişdirilməsinin mümkün olmayacağı bildirildi. Şifahi və yazılı şəkildə şikayətimi bildirdim. Dövlət qanunvericiliyində olan maddəni dəfələrlə izah etməyə çalışsam da, heç kəs əhəmiyyət vermədi. Hər gün zəng etməyimə baxmayaraq, 14 gün ərzində mənə heç bir geri dönüş edilmədi. 18 gün sonra zəng edərək məhsulu geri qaytaracağımı bildirdim və mənə yalandan "Telefonu gətirin, dəyişmək üçün servisə göndərək" dedilər. Mən də dəyişmək şərti ilə telefonu onlara təhvil verdim. Lakin heç bir dəyişiklik olmadı. "Məhsulu düzəltmişik" adı altında telefonu eyni formada qabağıma qoydular. Məhsulu götürməyəcəyimi bildirdim və telefonu özlərinə təhvil verdim. 2 aydan sonra məsələni həll etməyən "Baku Electronics" mənə hər gün zəng edərək təhdid edib. Şirkət işçiləri "Sizi məhkəməyə verib, pulunuzu alacağıq. Bizə ödəniş etməlisiniz" kimi sözlərlə məni və ailəmi narahat edib.

Məndən hansı məhsulun ödənişini və hansı haqqla tələb etdiklərini özləri də bilmirlər. Ən bərbadı isə budur ki, şirkət daxilində günahı bir-birinin üstünə atırlar. Sistemi olmayan "Baku Electronics" şirkəti problemin həllinə görə bir dəfə də olsa müştəriyə zəng etmir və məsələnin həlli ilə maraqlanmır. Lakin iki ay sonra əlaqəsiz şəkildə ödəniş tələb edir. Aidiyyatı qurumlara şikayətimi bildirmişəm.

Şəxsi araşdırmamdan sonra bildim ki, bu şirkətlə bağlı müştəri şikayəti kifayət qədər çoxdur. Bütün şikayətçilər isə haqqlarını yalnız məhkəmə yolu ilə bərpa edə biliblər. Mən də haqqımı tələb edəcəm və məhkəmədə görüşəcəyik. Hər kəs bu mağazanın necə bir yer olduğunu bilsin".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN