Bayden administrasiyası bazar ertəsi bildirib ki, Rusiyaya qarşı sanksiyaların effektiv olması və mövcud boşluqları aradan qaldırmaq üçün addımlar atır.

Şənbə günü ABŞ Maliyyə Nazirliyi Türkiyəyə xəbərdarlıq edib ki, Rusiya qurumları və şəxsləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün ölkədən istifadə etməyə çalışırlar.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinqdə deyib: “Yüksək rütbəli ABŞ rəsmiləri mövcud sanksiyalar rejimini saxlamaq, boşluqları aradan qaldırmaq və Rusiyaya qarşı potensial hədəfləri müəyyən etmək üçün dünya üzrə həmkarları ilə müntəzəm əlaqə saxlayırlar”.

N.Prays Vaşinqtonun Azərbaycan, Gürcüstan və Ermənistanı da Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırdığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN