ABŞ fevralın 24-dən Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 5 min rusiyalıya viza məhdudiyyəti tətbiq edib.

CNN xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa qoyulmasının tərəfdarı deyil: “Biz Putinin repressiyasından qaçanların, sığınacaq və ya təhlükəsizlik istəyənlərin yolunu kəsmirik. Bu, əziyyət çəkə biləcək rusiyalı dissidentlərə, hüquq müdafiəçilərinə aiddir”.

N.Prays onu da təsdiqləyib ki, ötən həftə, avqustun 18-də  Dövlət Departamenti Rusiya səfirini çağırıb. Vaşinqton həmçinin Rusiyanın Zaporojye atom elektrik stansiyasını işğal etməsindən narahatlıq ifadə edib və Kremldən qoşunlarını ərazidən çıxarmağa çağırıb.

Rus təbliğatçısı Daria Duqinanın qətlinə toxunan N.Prays bildirib ki, ABŞ istənilən yerdə mülki şəxslərə qarşı qəsdən hücumları “şərtsiz şəkildə pisləyir”.

O, həmçinin Ukraynanın Müstəqillik Günündə Rusiyanın gözlənilən hücumlarına münasibət bildirib və qeyd edib ki, ABŞ təcavüzə qarşı mübarizədə Kiyevə kömək etməyə davam edəcək.

"Biz Müstəqillik Gününü ukraynalı tərəfdaşlarımızla birlikdə qeyd edəcəyik. Bu, təkcə Ukraynanın müstəqillik günü olmayacaq, həm də bütün dünyada bayram olmalıdır", - deyə N.Prays vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN