Millət vəkili Füzulidə yaşayan qazimizi ziyarət edib

Füzuli rayonu Aşağı Yağlıvənd kəndində yaşayan Vətən Müharibəsi Qazimiz İlkin Rüstəmlini yenidən ziyarət etdik.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabından bildirib.

O, qeyd edib ki, Türkiyədə əməliyyat olunan və müalicəsi Azərbaycanda davam etdirilən Ilkin yenidən tibbi baxış üçün qardaş ölkəyə getməyə hazırlaşır.

“Özü və ailəsi söhbətləşib, qazimizi maraqlandıran məsələləri müzakirə etdik. Ilkin Rüstəmli 22 iyul 1999-cu ildə Füzuli rayonu Aşağı Yağlıvənd kəndində anadan olub. Hərbi xidmətini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin XTQ-də keçib və orada yüksək nailiyyətlərlə kurs keçərək kiçik çavuş kimi xidmətini davam etdirib. 44 günlük Vətən müharibəsində Kəlbəcərin azad olunmasında, Cəbrayılın azad olunmasında, Xocavəndin azad olunmasında, Şuşanın azad olunmasında yüksək şücaət göstərib.

Oktyabr ayının 22-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Qazimiz "Kəlbəcərin azad olunmasına görə",Cəbrayılın azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə","Vətən müharibəsi iştirakçısı"medalları və "Rəşadət ordeni" ilə təltif olunub",-deyə millət vəkili bildirib.

O, qazinin eyni gündə 3 dəfə yaralanmasını- həm ayağını itirməsini, həm qolundan, həm də belindən güllə və mərmi yarası almasının dəhşətlərini, lakin buna baxmayaraq, özünü itirməyərək iynə vurub, qopan ayağını yerdən götürərək yoldaşlarına tərəf sürünməsini İlkinin öz dilindən təsvir edib.  

Vüqar Bayramov diqqətə çatdırıb ki, keçdiyi qəhrəman döyüş yolunu nəql edən İlkin deyir ki, döyüşlərin ən qızğın və ağır vaxtlarının birində, 24-cü günündə Tuğ meşəsində yaralanıb:

“Şuşa yolu istiqamətində hərəkət edəndə düşmənlə rastlaşdıq və onları məhv etdik. Həmin döyüşdə sağ qolumundan güllə yarası aldım. Daha sonra olduğumuz mövqeni düşmən mərmi atəşinə tutdu. Ağır mərmi yarası aldım. Mərmilərdən birinin dalğası məni 20 metr uzaqlığa tulladı. Mərmə zərbəsindən qılçamın biri qopmuşdu. Yerə düşəndə nə isənin üzərinə düşdüyünü hiss etdim. Baxdım ki, qılçamdır göydə qırılıb məndən əvvəl yerə düşüb. Ayağa qalxmaq istədim, amma gücüm çatmadı. Təkcə iynəni vura bildim. Ayağımı götürüb, döyüş yoldaşıma tərəf sürünməyə başladım. Döyüş yoldaşımın şəhid olduğunu gördüm. Daha sonra ikinci mərmi düşdü. Onda da qarın boşluğundan yaralandım. Qəlpə bel nahiyəmdən çıxmışdı. Döyüşçü yoldaşımlarımdan biri yaralansa da məni çıxartmağa gəldi. Amma yaralı olduğundan məni apara bilmədi. Daha sonra digər yoldaşlarım gəlib məni döyüş meydanından çıxartdılar”, -deyə İlkin başına gələnləri nəql edib.

Sonda Vüqar Bayramov bütün qazilərimizə şəfa diləyib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN