Sentyabrın 1-də vətənindən iraq düşmüş 60 minə qədər ukraynalı uşaq Çexiya məktəblərinə gedəsi olub.

Bu barədə "Novinky" nəşri xəbər yayıb.

Təhsil nazirliyi bildirib ki, Çexiyada məktəbə gedən uşaqlar məktəb yaşlı uşaqların dörddə biridir.

Nazir Vladimir Balaşın sözlərinə görə, sentyabrın 1-də 57-60 min arası ukraynalı uşaq Çexiya məktəblərinə daxil olub.

Nazirlik Çexiya məktəblərində daha çox ukraynalı orta məktəb şagirdlərinin olacağını gözləyirdi. Lakin onların yalnız dörddə biri Çexiya məktəblərinə daxil olub. Bunun isə bəzi səbəbləri olduğu bildirilir.

“Bizim daha çox orta məktəb gəncləri ilə bağlı problemimiz var, bu, onların təhsil sisteminin fərqli olması ilə bağlıdır”, - nazir bildirib.

Elə bu səbəbdən də 17 yaşlı bəzi uşaqlar Ukraynada təhsillərini başa vurub, onlayn təhsil almaq istədikləri üçün Çexiyadakı ümumtəhsil məktəblərinə müraciət etməyiblər.

Çexiya orta məktəblərinə müraciət edən ukraynalı tələbələrin sayının az olmasının səbəbi, həm də dil maneəsi ola bilər.

Bu gün Fransada da 18 min ukraynalı yerli məktəblərdə dərs ilinə başlamaq məcburiyyətində qalıblar.

Ümumilikdə Ukraynadan didərgin salınmış belə uşaqların sayı isə dəfələrlə çoxdur.

Onların nə zaman öz vətənlərində təhsil alacağı hələ ki, sual altındadır...

Qeyd edək ki, Aİ Ukraynada təhsil üçün təhlükəsiz fiziki məkanların təmin edilməsi və distant təhsil proqramını dəstəkləməyə 10 milyon avro ayırıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN