Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin cümə günü yaydığı məlumatda deyilir ki, Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.
"Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il sentyabrın 10-dək uzadılıb", - məlumatda deyilir.
Federal qurumun məlumatına görə, uçuşlar müvəqqəti olaraq Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına məhdudlaşdırılıb.
2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
E.ŞİRİNOV