Avropa İttifaqı ölkələrinin ən azı bir milyon sakini qaz təchizatında yaranan problemlər səbəbindən qışı Türkiyədə keçirmək niyyətindədir.
Bunu özünün "Twitter" hesabında Türkiyə Prezidentinin müşaviri, Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut yazıb.
"Qazı kəsilən ən azı bir milyon Aİ vətəndaşı bu qışı Türkiyədə keçirmək üçün hərəkətə keçib. İstanbul, İzmir, Antalya və bir çox başqa vilayətlərdə otellər dolacaq, avropalılar artıq mənzil alqı-satqısı və kirayəsi baxımından hərəkətə keçiblər", - deyə Y.Bulut bildirib.
Türkiyə Prezidentinin müşaviri Avropada qaz ilə bağlı yaranan vəziyyəti "ilahi ədalət" adlandırıb.