İkinci cəbhə ideyasına qəti şəkildə qarşı çıxmalıyıq.
Bu dezinformasiya çox destruktivdir, çünki işğal olunmuş ərazilərimizə, orada yaşayan vətəndaşlarımıza yönəlib ki, bu da orada müəyyən qorxu yaymaq cəhdidir.
TEZADLAR.AZ 24News.ge istinadən xəbər verir ki, bu sözləri ölkə prezidenti Salome Zurabişvili, Orbeliani sarayında "Ukraynaya Şöhrət" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu kimi məlumatlar Rusiya propaqandasıdır: "Digər bir dezinformasiya ondan ibarətdir ki, güya ABŞ Gürcüstanda sabitliyin, təhlükəsizliyin və demokratiyanın tərəfdarı deyil, müdafiə qabiliyyətimizin yüksəldilməsində bizə yardım etmir, əksinə, bizi müharibəyə sövq edir. Bu, inanılmaz bir manipulyasiya və dezinformasiyadır. Eyni məsələ Avropa İttifaqı ilə də mövcuddur. Güya Avropa İttifaqının islahatları güclü və demokratik Gürcüstan yaratmaq, onu inkişaf etdirmək üçün deyil, hakimiyyətdə destabilizasiya yaratmaq üçündür. Bu cür dezinformasiyanın haradan qaynaqlandığı çox aydındır. Bu, Rusiyanın bilavasitə hərbi təcavüzə keçmədiyi təqdirdə, dezinformasiya yolu ilə fəaliyyət göstərməsidir", - deyə Prezident vurğulayıb. Onun sözlərinə görə, hazırda ölkənin qərbə inteqrasiyası üçün çox önəmli bir fürsət yaranıb. Belə bir zamanda həm hakimiyyət, həm də müxalifət atdıqları addımlara görə gələcək nəsillərə cavab verməli olacaqlar.