Avropa Parlamentindəki ən böyük siyasi qrup, Avropa Xalq Partiyası cəsarətli Ukrayna xalqına və Ukrayna Prezidenti Vladimir Zelenskiyə Fikir Azadlığına görə Saxarov mükafatının verilməsini təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Xalq Partiyası siyasi qrupunun saytında yerləşdirilən məlumatda deyilir.

Xüsusilə, AXP qrupu Saxarov mükafatına Ukrayna xalqının və prezident Vladimir Zelenskinin namizədliyini irəli sürür.

"Şübhəmiz yoxdur ki, prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi cəsur Ukrayna xalqı Andrey Saxarov adına Fikir Azadlığı Mükafatını qazanmağa layiqdir. Onlar hər gün döyüş meydanında Avropa dəyərlərini müdafiə etməyə davam edirlər. Ümid edirəm ki, bizim namizədliyimiz layiqincə olacaq. Bu təklif Avropa Parlamentindəki bütün siyasi qruplar tərəfindən dəstəklənməlidir”, - Avropa Parlamentinin deputatı Rasa Jukneviciene bildirib.

Qeyd edək ki, Avropa Parlamenti 1988-ci ildən Saxarov mükafatını insan hüquqlarını və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verir.

Xatırladaq ki, bu mükafatı 2018-ci ildə Rusiyada qanunsuz olaraq məhkum olunmuş ukraynalı rejissor Oleq Sentsov, 2020-ci ildə Belarus demokratik müxalifətinin nümayəndələri, 2021-ci ildə isə Kreml tənqidçisi Aleksey Navalnı alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN