6 sentyabr 2022-ci il tarixdə Tezadlar.az saytında dərc olunan "Şamaxı Poçt Filialından Baş Prokurora daha bir şikayət" başlıqlı yazıya "Azərpoçt" MMC-dən cavab gəlib.

"Azərpoçt" MMC-dən redaksiyamıza daxil olan rəsmi cavabda deyilir:

""Azərpoçt" MMC olaraq bildiririk ki,  bu yaxınlarda tezadlar.az, eləcə də digər xəbər saytlarında Şamaxı Poçt Filialında (PF) iddia olunan "qanunsuzluq"larla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə göndərilmiş şikayət məktubu haqqında yayılan xəbərlər tamamilə əsassızdır. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, tezadlar.az xəbər saytında yayımlanan şikayət məktubunda qeyd olunanlar doğru deyil; o cümlədən məktubu guya "imzalayan" Şamaxı PF-nin şöbə rəisləri, əslində, nə məktubdan xəbərdardırlar, nə də ona imza atıblar. Belə ki, məktubun sonunda adı çəkilən on bir əməkdaş bununla bağlı MMC-yə müraciət edərək məktub yazmaları barədə məlumatı və qeyd olunan şikayətləri təkzib ediblər. 

"Azərpoçt" MMC olaraq bəyan edirik ki, sözügedən xəbər tamamilə böhtan xarakterlidir. Məqsəd dövlət qurumunda başladılan yenilənmə və şəffaflaşma proseslərinə zərbə vurmaqdır. Yayılmış xəbərdən dolayı təəssüf edir, media qurumlarını bu kimi xəbərlərə daha həssas yanaşaraq ilkin araşdırma aparmağa dəvət edirik".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN