Bu gün Xarkovda elektrik və su təchizatı kəsilib, metronun işi dayandırılıb. Bu, son iki gündə ikinci dəfə baş verib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov və şəhər metrosunun rəhbərliyi məlumat verib.

"Əhəmiyyətli infrastruktur obyektləri sıradan çıxarılıb, nəticədə, Xarkovda elektrik kəsilib və su təchizatı kəsilib", - Terexov Telegram-da yazıb.

Onun sözlərinə görə, energetiklər, xilasedicilər və kommunal xidmətlər nasazlıqların aradan qaldırılması üzərində işləyir.

"Texniki səbəblərə görə, Xarkov metro xətlərinin hərəkəti müvəqqəti dayandırılıb", - Xarkov metrosunun administrasiyasının Facebook səhifəsindəki bəyanatda deyilir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Ukraynanın beş bölgəsində elektrik enerjisinin qismən və ya tamamilə kəsildiyini bildirib. O, dəqiqləşdirib ki, Donetsk vilayətinin Xarkov və Kiyevin nəzarətində olan hissələri enerjisizləşdirilib, Zaporojye, Dnepropetrovsk və Sumı vilayətlərində qismən enerji problemləri müşahidə olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN