Ukrayna əraziləri azad etmək üçün gərgin mübarizə aparır.
Bu fikirləri Ağ Ev sözçüsü xanım Karine-Jean Pyer brifinqdə bildirib.
"Rusiyanın niyyətləri barədə danışa bilmərəm, bunu onlar deməlidir. Əks-hücum barədə deyə bilərəm. Biz dəfələrlə dediyimiz kimi, hərbi əməliyyatları barədə Ukraynanın əvəzinə danışmayacağıq, amma aydındır ki, onlar öz ölkələrini qorumaq və ərazilərini geri qaytarmaq üçün gərgin mübarizə aparırlar”, - deyə o, qeyd edib.
"Biz onların (Ukraynanın) ehtiyaclarını qarşılamağa davam edəcəyik ki, onlar döyüş meydanında uğur qazansınlar. Məqsədimiz bu idi və indidə belədir", - deyə Ağ Evin sözçüsü vurğulayıb.
O, həmçinin bu yaxınlarda ABŞ-ın Ukraynaya iki hərbi yardım paketi elan etdiyini də xatırladıb.
Xatırladaq 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.
Və bu günədək müharibə davan edir. Buna görə Qərb Rusiyaya qarşı saysız-hesabsız iqtisadi sanksiyalar tətbiq edib.
Lakin bütün bunlara baxmayaraq, müharibəni dayandırmaq mümkün olmayıb...
Y.MƏMMƏDLİ