Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindəki Krivoy Roq şəhərinə raket hücumu həyata keçirib.
Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul öz “Teleqram”ında məlumat verib.
"Krivoy Roqa raket zərbəsi endirilib. Sığınacaqda qalın", - Vilkul deyib.
O, vətəndaşları video çəkməməyə və sosial şəbəkələrdə heç nə yerləşdirməməyə çağırıb.
Bildirilir ki, Krivoy Roqda partlayışlardan sonra rabitə problemləri yaranıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, sentyabrın 8-də rus silahlıları günorta saatlarında Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket hücumu həyata keçirib. Qeyd olunur ki, ruslar Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna X-59 hava-yer tipli qanadlı raketlə hücum ediblər. O, Azov dənizi istiqamətindən Su-35 qırıcısından buraxılıb.
Xatırladaq ki, Krivoy Roq ətrafında dərindən istehkamlar tikilmişdir.
E.ŞİRİNOV