Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 40-cı gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Nümayişçilərin əsas tələbləri dəyişməz olaraq qalır - onlar aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını və yeni seçkilərin təyin edilməsini tələb edirlər.
Aksiya iştirakçıları gecə saat 12:00-da Kaşueti Katedralində Milad toplantısı keçirəcəklər.
Xatırladırıq ki, etirazlar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırılması qərarından sonra başlayıb. Gürcüstana tətbiq edilən sanksiyaların siyahısı isə getdikcə artır...
A.Məmmədli