Nəhayət, Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb. Tezadlar.az Trt- haber- ə istinadla xatırladır ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib. Sitat: “İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”. Ölkənin bu  qurumu artıq müvafiq məlumatı Astanaya göndərib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Gözlənilir ki, "qara qutu"ların sirri bu gün açıqlanacaq. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN