Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru Rahim Abas oğlu Daşdiyev "Təzadlar"a
“Quranda möminlərə həsr edilmiş İslamın 7 Qizil Qayda Dialektikasi – Cənnətə aparan yol” mövzusunda aktual silsilədən olan növbəti yazını göndərib... Aşağıda oxucuların diqqətinə təqdim edirik:
Quranda möminlərə həsr edilmiş İslamın 7 Qızıl Qayda Dialektikası Allah tərəfindən Quranın Fussilət surəsinin 34-cü ayəsində verilmişdir (41.34):
41.34. Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
1.Yaxşılıqla pislik eyni ola bilməz!
2.(Ey mö’min kimsə!) Sən Pisliyi yaxşılıqla dəf et!
3.Qəzəbə səbrlə,
4.Cəhalətə elmlə,
5.Xəsisliyə comərdliklə,
6.Cəzaya bağışlanmaqla cavab ver!
7.Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
“Quranda möminlər üçün İslamın 7 Qızıl Qayda Dialektikası – Cənnətə aparan yol” mövzusu ilə bağlı çoxsaylı Quran ayələrində düşünən insanlara müvafiq işarələr (eyhamlar) aşkar edilmişdir (ixtisarla): 2.110, 2.148, 2.177; 3.134, 3.159; 4.149; 5.13, 5.48, 5.84, 5.85; 6.160; 11.114, 11.115; 13.22, 13.23; 16.125, 16.126; 20.43, 20.44; 23.96; 25.70; 28.54; 39.10; 41.31-34; 42.40, 42.43; 55.60, 55.61; 60.8; 74.7; 84.6; 84.25; 95.6; 98.7, 98.8; 99.7, 103.3
Qeyd edilən ayələrin hər bir müvafiq dialektika elementlinə görə paylanması təmin edilmişdir:
1.Yaxşılıqla pislik eyni ola bilməz!
2.110. Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!
2.148. Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
5.48. (Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol tə’yin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!
5.85. Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!
6.160. Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
11.114. (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
25.70. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir
41.33. (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!
41.34. Yaxşılıqla pislik eyni ola bilməz! ...
55.60. Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
55.61. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
84.6. Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
84.25. İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
95.6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
98.7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
98.8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).
103.3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
2.(Ey mö’min kimsə!) Sən ... pisliyi yaxşılıqla dəf et! ...:
4.149. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir
13.22-23. Və o kəslər ki, ... pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu - ... Ədn cənnətləri gözləyir...
23.96. Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!)... 28.54. ... Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.
41.34. ... (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! ...
3... (Ey mö’min kimsə!) Sən ... qəzəbə səbrlə cavab ver! ...:
2.177. Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!
3.134.O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər...
3.159. (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!...
11.115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
39.10. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!"
41.34. ... (Ey mö’min kimsə!) Sən Qəzəbə səbrlə cavab ver! ...
42.40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!
42.43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! ...
74.7. Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!
4.(Ey mö’min kimsə!) Sən ... cəhalətə elmlə cavab ver! ...:
16.125. (Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...
20.43. Fir’onun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. 20.44. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun! ...
41.34. ... (Ey mö’min kimsə!) Sən cəhalətə elmlə ver! ...
60.8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
5.(Ey mö’min kimsə!) Sən ... xəsisliyə comərdliklə cavab ver! ...
41.34 ... (Ey mö’min kimsə!) Sən ... Xəsisliyə comərdliklə cavab ver! ...
6.(Ey mö’min kimsə!) Sən ... cəzaya bağışlanmaqla cavab ver! ...:
5.13. ... Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, ğünahlarından keç. ...
16.126. (Ey mö’minlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).
41.34. ... (Ey mö’min kimsə!) Sən cəzaya bağışlanmaqla cavab ver! ...
42.40. ... hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. ...
42.43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! ...
- ... Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!:
41.34 ... (Ey mö’min kimsə!) ... Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”
Nəticələr:
1. Quranda möminlər üçün İslamın 7 Qızıl Qayda Dialektikası ilə bağlı internet axtarışları nəticəsində zəruri məlumat əldə edilmədiyindən, baxılan məsələnin ilk dəfə olaraq araşdırılması, məhz mövzunun aktuallığını təsdiq edir.
- Quranda möminlər üçün İslamın 7 Qızıl Qayda Dialektikası elementləri bu və ya digər dərəcədə (qismən) yuxarıda qeyd edilən ayələrdə, tam əhatəli şəkildə isə Fussilat surəsinin 34-cü ayəsində verilmişdir: 41.34. “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”
Əsas mənbə:
1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.
(Xüsusi olaraq "Təzadlar" üçün)