Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, Fransa ordusu Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn xuntalara kömək etmək istəmədiyi üçün Afrika ölkələrini tərk edir...
Tezadlar.az CNN-ə istinadla xatırladır ki, Makron bazar ertəsi Parisdə səfirlərin illik konfransında bu barədə bəyan edib. Belə ki, Fransa prezidenti qeyd edib ki, ölkəsi indiyədək cihadçılara qarşı antiterror əməliyyatları keçirməklə suveren Afrika dövlətlərinə kömək edib. Sitat: "Çevrilişlər olduğu üçün və Fransanın gəlməsini istəyən suveren dövlətlərin tələbi ilə orada olduğumuz üçün getdik. Lakin biz darbeçilərin köməkçisi olmadığımıza görə Fransanın artıq orada yeri yox idi".
Amma onun fikrincə, Fransa Afrikadan tam geri çəkilmir, sadəcə olaraq “vəziyyəti kənardan qiymətləndirmək üçün" düşünür. Yəni, Makron "razqom" götürmək fikrindədir!
Fransa isə artıq 10 ildir ki, Əl-Qaidə və ya İslam Dövləti qruplaşması ilə əlaqəli cihadçılarla mübarizə aparmaq üçün Saheldə hərbi əməliyyatlarda iştirak edir. Bu müddət ərzində orada 58 fransız əsgəri həlak olub. Lakin Rusiyaya yaxınlaşan hərbi xuntalar bu üç ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Fransa 2022-2023-cü illər arasında Mali, Burkina Faso və Nigerdən qoşunlarını çıxarmaq məcburiyyətində qalıb. Ötən ilin dekabrın sonunda fransız əsgərlərinin birinci kontingenti də Çadı tərk edib və tezliklə Fransa ordusu Seneqalı tərk etməlidir, onun prezidenti əvvəllər ölkədə xarici qoşunların olmasının onun suverenliyi ilə bir araya sığmadığını bəyan etmişdir.
Bax belə! Buna deyərlər, dəlidən doğru xəbər!
A.Məmmədli