Sənətçi Təranə Qumral sənət adamlarına fəxri adların verilməsi ilə bağlı maraqlı açıqlama verib.
TEZADLAR.AZ xəbər verir ki, müğənni Təranə Qumral “Günə bax” verilişində bildirib ki, “Bir müddət əvvəl fəxri adlar pulla satılırdı”.
O diqqətə çatdırıb ki, onlara da fəxri adı pulla satmaq istəyiblər:
“Deyirdilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək. Biz heç vaxt buna getmədik. Düşündük ki, dövlət nə zaman istəyər, onda da verər. Bu, qanun çərçivəsində olmalıdır. Titullar necə özbaşına verilə bilər?”.