Ötən ilin noyabr ayının sonunda Özbəkistan Mərkəzi Bankı Polşa ilə birlikdə dünyada qızılın iki əsas alıcısından biri olub.

Ümumdünya Qızıl Şurası (WGC) ABŞ-da keçirilən prezident seçkilərindən sonra qiymətli metalın qiymətlərindəki noyabr enişinin bəzi mərkəzi bankları əlavə alışlar etməyə təşviq edə biləcəyini qeyd edib.

Noyabrda isə Özbəkistan dünyanın ən böyük qızıl alıcılarından birinə çevrilib,-  World Gold Council bildirir.

 TEZADLAR.AZ WGC-yə istinadən xəbər verir ki, ay ərzində dünya mərkəzi banklarının rəsmi ehtiyatları 53 ton artıb. Qızıl alışının həcmi 31 ton, satışı isə 18 ton təşkil edib. 

Qiymətli metalın əsas alıcısı - ehtiyatlarını 21 ton artıraraq 448 tona çatdıran Polşa Milli Bankı olub. Belə ki, Polşa da 2024-cü ildə (90 ton) ən böyük qızıl alıcısı mövqeyini möhkəmləndirib.

 Özbəkistan Mərkəzi Bankı isə qızıl ehtiyatlarının iyul ayından bəri ilk dəfə aylıq artımın 9 ton artdığını bildirib. İllik xalis alışlar hazırda 11 ton, ümumi qızıl ehtiyatları isə 382 tondur. Dekabrın 1-nə Özbəkistanın rəsmi ehtiyat aktivləri noyabrda 1,67 milyard dollar azalaraq 41,47 milyard dollar (-3,9%) təşkil edib. Qızıl qiymətlərinin düşməsi fonunda bu göstərici iyun ayından bəri ilk dəfə azalıb.

 Hindistan Ehtiyat Bankı 2024-cü ildə aktiv qızıl alışlarını davam etdirərək noyabr ayında daha 8 ton qızıl əlavə etdi. Yanvar ayından bu yana ümumi alışlar 73 tona çatıb, həmçinin ümumi qızıl ehtiyatları da hazırda 876 tona çatıb ki, bu da Hindistanı 2024-cü ildə Polşadan sonra ikinci ən böyük qızıl alıcısına çevirib.

 Qazaxıstan Milli Bankı ardıcıl olaraq iki ayda qızıl ehtiyatlarını 5 ton artırıb: nəticədə bank 2024-cü ildə (1 ton) qızılın xalis alıcısına çevrilərək, ümumi ehtiyatlarını 295 tona çatdırıb.

 Kiçik həcmli qızılları isə -  Çin (5 ton), İordaniya (4 ton), Türkiyə (3 ton), Çexiya (təqribən 2 ton) və Qana (1 ton) alıb.

 Sinqapurun “Monetar Authority” qızıl ehtiyatlarını 5 ton azaldaraq ayın ən çox qızıl satan ölkəsi olub.

 “2024-cü il üçün yekun məlumatlar hələ alınmasa da, il ərzində mərkəzi bankların qızıla olan davamlı marağı aktivləriin davamlı cəlbediciliyini sərgiləyir. Dekabr ayı məlumatlarına əsasən, mərkəzi banklar şübhəsiz ki, ardıcıl olaraq 15-ci il qızılın xalis alıcısı olaraq qalacaqlar”, - (WGC)  qeyd edib.

  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN