Ölən erməni hərbçilərinin sayı 135 nəfərdir.
Ermənistan KİV-nin yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, ölənlərin sayının dəqiqləşdirilməsi davam edir.
Qeyd edək ki, sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.