Fransanın "La Gazette" xəbər portalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıın (KTMT) Ermənistana hərbi yardım göndərməkdən imtina etməsi barəsində məqalə dərc olunub.
Məqalədə bildirilib ki, Azərbaycan 12-14 sentyabr tarixlərində unikal hərbi əməliyyatla Ermənistan təxribatının, yeni mövqe əldə etmək cəhdinin qarşısını alıb, İrəvana sərsıdıcı zərbə vurub.
”Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. İrəvana bu hərbi obyektləri bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır. Bu, Ermənistan hakimiyyəti üçün həm də böyük maliyyə itkisidir”,- deyə məqalədə vurğulanıb.
Həmçinin bildirilib ki, Hazırda Ermənistanda xaos hökm sürür və Erməni cəmiyyəti siyasi hakimiyyətdən məğlubiyyətin hesabını tələb edir.
Bundan başqa, qeyd olunub ki, Ermənistana nə hərbi tərəfdaşlıq müqaviləsi olan müttəfiqi, nə də üzv olduğu hərbi blok - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) köməyə gəldi. “KTMT üzvləri açıq şəkildə Ermənistana hərbi yardım göndərməkdən imtina etdilər. Bu məqam bir daha sübut edir ki, onlar Azərbaycanın hərbi və siyasi qərarlarına hörmətlə yanaşırlar.”
Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitinə getməkdən imtina etməsinə də toxunulan məqalədə əlavə olunub ki, Paşinyanın nüfuzlu siyasətçilərin toplaşdığı bu sammitə getməyə üzü yoxdur. “Nikol Paşinyan Regionunun aparıcı liderlərinin iştirak etdiyi bu sammitə getməməklə, Cənubi Qafqazın, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı aparılacaq siyasi müzakirələrdə iştirak şansını itirdi.”