Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) ali məktəblərin rektorlarına müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, müraciətdə deyilir: “Ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir. Cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur. Bu, başa düşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz. Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi nümunə göstərək?. Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, kənardan çox pis görsənir və ictimai fikrə mənfi təsir edir.

Universitetlərin rəhbərlərindən təlim tərbiyə işlərini aparan pedaqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gənclərimiz əslində çox sadə, lakin həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar. Hər bir gəncimizin yolunun açıq olmasını arzulayır, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN