Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Hetman İvan Mazepa” adlı ilk korvet bu gün Türkiyədə suya buraxılıb.

Tezadlar.az bildirir ki, bu barədə öz Telegram kanalında gəminin suya buraxılması mərasimində iştirak edən Ukraynanın birinci xanımı Yelena Zelenskaya məlumat verib.

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı yazıb: “Bu gün Türkiyədə Ukraynaya xidmət edəcək və eyni zamanda türk ürəyinə malik korveti işə salmaq şərəfinə nail oldum”.

“Ada tipli sualtı qayıq əleyhinə korvet “Hetman İvan Mazepa” (bu adı hələ 2021-ci ildə, tikinti başlayanda Ukrayna Prezidenti tərəfindən seçilib) Ukrayna Hərbi Dəniz Qüvvələri üçün bu sinifdən olan ilk gəmi olacaq”, - o əlavə edib.

Qeyd edək ki, 2021-ci ilin iyulunda Kiyev və Ankara Ukrayna silahlı qüvvələrinin ehtiyacları üçün Ada sinifli iki korvetin tikintisinə dair çərçivə sazişi imzalayıblar. 2021-ci il üçün Kiyev layihənin maliyyələşdirilməsinə 3,8 milyard qrivna (140,7 milyon dollar) ayırıb. Korvetin tikintisi 28 aprel 2021-ci ildən İstanbulda davam edir. Planlara görə, “Hetman İvan Mazepa” korveti bütün mövcud gəmi əleyhinə raket növlərinə uyğunlaşdırılacaq. Ukrayna hakimiyyəti onun 2024-cü ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinə qəbul olunacağına inanır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN