Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə avqust ayında qiyabi həbs edilən Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev Rusiya Daxili İşlər Nazirliyinin cinayət maddəsi ilə yenidən axtarışdadır.
"Ponomarev İlya Vladimiroviç, 6 avqust 1975-ci ildə anadan olub, doğulduğu yer Rusiya Federasiyası, Moskva şəhəri. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olub", - axtarış bazasında deyilir. Qeyd olunur ki, eks-deputat axtarışa verilib.
Ponomarev “Ədalətli Rusiya” fraksiyasından 5-ci və 6-cı çağırış Dövlət Dumasının deputatı olub. 2015-ci il aprelin 7-də Dövlət Duması Baş Prokurorluğun tələbi ilə onu “Skolkovo” fondunun mənimsənilməsi işini araşdırmaq üçün deputat toxunulmazlığından məhrum edib. Bundan sonra siyasətçi ABŞ-a köçüb və son bir neçə ildə o, daimi olaraq Kiyevdə yaşayır. 2015-ci ilin iyulunda Ponomarev beynəlxalq axtarışa verilib. 2015-ci il iyulun 17-də Moskvanın Basmannı məhkəməsi onun qiyabi həbsi barədə qərar çıxarıb.
Qeyd edək ki, avqustun sonunda Moskvanın Koptevski Məhkəməsi Ponomaryevi Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı qəsdən yalan məlumat yaydığına görə qiyabi həbs edib.
E.ŞİRİNOV