Böyük Britaniyada 300 000-dən çox tələbə elektrik enerjisi və ərzaq qiymətlərinin artması, eləcə də ölkədə yüksək inflyasiya fonunda artıq təhsil haqqını ödəyə bilmədiyi üçün təhsillərini dayandırmaq istəyir.
Tezadlar.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
"Yaşayış böhranı və artan enerji xərcləri tələbələrə ən çox zərbə vurub, onların əksəriyyəti artıq valideyn dəstəyinə arxalana bilmir və buna görə də təhsilləri üçün pul ödəyə bilmədiklərinə görə ali təhsildən imtina etmək məcburiyyətində qalırlar”, - deyə təşkilatın sözçüsü Rachel Hewitt bildirib.
MillionPlus-un məlumatına görə, artıq 300 000-dən çox tələbə ərzaq, nəqliyyat və elektrik enerjisinin bahalaşması ilə əlaqədar təhsillərini dayandırmaq istəklərini bildirib.
Tələbələr maliyyə böhranından ən çox əziyyət çəkirlər, çünki onlar ev təsərrüfatlarına ayrılan dövlət dəstəyini almırlar. Universitet rezidensiyalarında yaşayan tələbələrə elektrik enerjisi endirimi edilmir.
MillionPlus universitetləri tələbələrə təhsillərini davam etdirə bilmələri üçün dəstək tədbirləri hazırlamağa təşviq edir. Bəzi universitetlər artıq qrantların artırılması, qida çekləri və nəqliyyat endirimləri kimi addımlar atıblar.
Liz Truss hökumətinin iqtisadi kursu İngiltərəni rekord inflyasiya səviyyəsinə gətirib çıxardı. İndi bu, 9,9% təşkil edir, bu, son 40 ildə maksimum göstəricidir. Funt sterlinq tarixi minimuma düşüb və 1,0349 dollara satılır. Bəzi ekspertlərin fikrincə, Böyük Britaniyanın sakinləri artıq yaxın gələcəkdə 1950-ci illərdən bəri həyat səviyyəsinin ən ciddi şəkildə aşağı düşməsi riski ilə üzləşiblər.
E.ŞİRİNOV