"Özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Rusiya ilə vahid ordu yeritmək qərarına gəlib. Bununla belə, BR hərbçilərinin işğalda iştirakı onun rejimi üçün ölümcül qərar ola bilər".

Tezadlar.az xəbər verir ki, bunu OBOZREVATEL-ə müsahibəsində rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenko deyib.

"Əgər gözləntilərimin əksinə olaraq, Lukaşenko həqiqətən də ordusunu cəlb etsə, o zaman özünü tamamilə Putinə zəncirləsə, o zaman bu iki rejim eyni vaxtda çökəcək".

Yakovenko qeyd edib ki, Belarus hərbçilərinin Ukraynaya qarşı müharibəyə cəlb olunma ehtimalı barədə məlumatların etibarlılığını qiymətləndirmək çətindir. Lakin belaruslar tezliklə döyüş meydanında məğlubiyyətlə üzləşəcəklər.

"Bu məlumatın nə dərəcədə etibarlı olduğunu bilmirəm, amma o, həqiqətən də ordusundan Ukraynaya qarşı istifadə etmək qərarına gəlsə, məncə, bu, Lukaşenkonun sonu olacaq. Ola bilsin ki, o, Putindən əvvəl məhv ediləcək. Onun ordusu kifayət qədər tez məhv ediləcək və ölkə daxilində heç bir dayaq qalmayacaq. Mənə elə gəlir ki, bu, Lukaşenkonun son hərəkəti olacaq”, - Yakovenko əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN