Umud Rəhimoğlunun (Mirzəyev) rəhbəri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasının 30 ili tamam olur! Bu gün saat 10-da "HİLTON" Hoteldə fondun yaranması və fəaliyyəti ilə bağlı geniş tərkibdə tədbir düzənlənəcək. 
 Xatırladırıq ki, 1992-ci ilin 22 iyununda bir qrup jurnalist “Evdə sülh, ölkədə sülh, cahanda sülh!” şüarı ilə müharibə zonalarından obyektiv informasiyaların yayılması və konfliktlərin qarşısının alınması üçün Umud Mİrzəyevin təşəbbüsü ilə Moskva şəhərində bir araya gəldilər və həmin gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis yığıncağı keçirilib. 1992-ci il sentyabrın 4-də, yenicə təsis edilmiş BAMF baş qərargahı Bakıda olmaqla Azərbaycanda dövlət qeydiyyatına alındı və fəaliyyətə başladı. Fondun təsisçiləri postsovet məkanında baş verən münaqişə zonalarına ardıcıl səfərlər edirdilər. Qarabağ həqiqətlərini öz gözləri il görən jurnalistlər alovlanmaqda olan müharibənin qarşısının alınması üçün beynəlxalq ictimaətə müraciət qəbul etdilər.
BAMF-ın həmsədrləri Umud Mİrzəyev, Modris Auzinş, Andrey Edokovun imzaladığı müraciətdə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunurdu. BAMF təkcə 90-cı illərdə Qarabağ bölgəsinə xarici jurnalistlərin yüzdən çox səfərlərini təşkil edib.
 BAMF 2000-ci ildən BMT agentlikləri, Avropa komissiyası Beynəlxalq sülh bürosu, Beynəlxalq Mətbuat İnstitutu kimi təşkilatlarla sıx əməkdaşlıq edir. Qurum o zamandan da Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulub və ANAMA-nın ölkədə əsas tərəfdaşlarından biridir. Əlcəzirə media şəbəkəsi ilə olan uzunmüddətli əməkdaşlıq da region haqqında obyektiv məlumatların yayılmasında geniş imkanlar yaradıb. BAMF davamlı olaraq Əlcəzirə media şəbəkəsinin təşkil etdiyi beynəlxalq tədbirlərdə yaxından iştirak edir və onun regionda tərəfsiz fəaliyyətinin genəşlənməsi üçün səylərini əsirgəmir.
2001-ci ildən Beynəlxalq mətbuat İnstitutunun üzvü olan BAMF-ın prezidenti Umud Mirzəyev 2012-2016 -cı illərdə BMİ-nin Direktorlar şurasının aktiv üzvlərindən biridir. Beynəlxalq Mətbuat İnstitunun Bakı Regional təşəbbüs mərkəzinin yaradılması, Bakı deklarasiyası və “Neft Qaz və Mediya Konfransı”nın təşkil edilməsi də BAMF-ın təşəbbüsü ilə gerçəkləşib.
BAMF Almaniyanın Tübingen Universiteti kimi dünyanın bir çox Universitetlərinin tələbələri üçün təcrübə məkanına çevrilib. Azərbaycanın ən nüfuzlu universitetlərindən biri olan ADA-da BAMF-ın sıx əməkdaşlıq etdiyi təhsil ocaqlarından biridir.
BAMF Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun Azərbaycana səfərinin əsas təşkilatçısı olub. Səfər zamanı prof. Məhəmməd Yunusun ADA universitetində müəllim və tələbələrlə görüşü keçirilib. O, ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi qəbul olunub. Səfər çərçivəsində UNEC-də rektor prof. Ədalət Muradov prof. Məhəmməd Yunus və Umud Mirzəyev üçtərəfli müqavilə imzalamaqla “Yunis Sosial Biznes Mərkəzi”nin əsasını qoyublar.
Azərbaycan Mətbuat Şurasının və QHT forumunun yaradıcılarından olan BAMF, vətəndaş cəmiyyəti dövlət və media arasında münasibətlərin gücləndirilməsi üçün müxtəlif beynəlxalq və regional səviyyədə tədbirlərin təşkilatında mühüm rol oynayıb.
BAMF tərəfdaş olaraq BMİ-nin dünya konqrensi ECRE-nin illik baş yığıncağı, Beynəlxalq sülh bürosunun konqresləri, dünya sülh şürasının toplantıları və bir sıra müxtəlif beynəlxalq konfranslarda iştirak etməklə mövcud problemlərin həlli yollarının müzakirəsində yaxından iştirak edib. Qarabağ müharibəsi dövründə BAMF bir çox ölkələrin media nümayəndələrinin o cümlədən “ƏL- Cəzirə”nin əməkdaşlarının konflikt bölgələrində təhlükəsiz fəaliyyət göstərmələri üçün hər cür dəstək göstərib.
"Təzadlar" ailəsi adından fondun rəhbəri Umud Mirzəyevi və komandasını təbrik edir, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında uğurlar diləyirik!
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN