Krım körpüsündə törədilən terror aktında əli olmaqda şübhəli bilinən 5 nəfər həbs edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti Kiyev rayon məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, iş üzrə təqsirləndirilən şəxslər oktyabrın 13-də iki ay müddətinə - dekabrın 8-dək həbs ediliblər.

Bir gün əvvəl media mənbələri Artem Azatyan, Georgi Azatyan, Roman Solomko, Vladimir Zloba və Artur Terchanyanın həbs olunduğunu bildirmişdilər.

Krım körpüsündə terror aktı

Oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayış baş verib və yanacaq çəni yanıb. Dörd nəfər ölüb. Daha sonra Milli Antiterror Komitəsi körpünün üzərindən keçən yük maşınının partladığını bildirib. Faktla bağlı cinayət işi başlanıb.

Oktyabrın 12-də FSB Krım körpüsündə törədilən terror aktında əli olan 8 nəfərin həbs olunduğunu elan edib. Terror aktını Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov təşkil edib. Partlayıcı qurğu tikinti polietilen plyonkalı rulonlarda gizlədilib. Avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN