Dünən Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib. Nazirin sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir. Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir. Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Qeyd edəj ki, Türkiyədə neçə il əvvəl də oxşar mədən qəzası baş vermişdi. Belə hallar hər dəfə mədəndıalışanların ölümünə səbəb olur.

Həlak olanlara Allahdan rəhmət diləyirik.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN