Raket hücumu Kiyev vilayətinin icmalarından birinə edilib.
Bubarədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksiy Kuleba öz Telegram kanalında bildirib.
"Kiyev vilayəti. Bölgədəki icmalardan birinə raket zərbəsi endirilib. Bütün xidmətlər işləyir, xilasedicilər yerindədir. İlkin məlumata görə, itki yoxdur", - məlumatda deyilir.
Bu gün, oktyabrın 15-də Kiyevdə və Ukraynanın bütün bölgələrində hava həyəcanı elan edilib. Sakinlərdən sığınacaqlara getmələri xahiş olunub.
E.ŞİRİNOV