Türkiyədə şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

"Təəssüf ki, ölənlərin sayı 40-a çatıb", - deyə Soylu bildirib.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, partlayış oktyabrın 14-də axşam saat 6 radələrində Türkiyənin şimalında yerləşən Bartın vilayətində mədəndə 300 metr dərinlikdə baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN