Oktyabrın 15-nə keçən gecə Rusiya hərbçiləri ilə ilk eşelon Belarusa gəlib.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, bunlar qoşunların regional qruplaşmasına daxil olan hərbi hissələrdir.
Lukaşenka oktyabrın 10-da Rusiya və Belarusun ümumi qoşun qrupunun Ukrayna ilə sərhədə yerləşdiriləcəyini elan edib. O, bunu “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi” ilə izah edib.
Ümumilikdə, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Belarusda 20 min səfərbər edilmiş şəxsi yerləşdirməyi planlaşdırır.
E.ŞİRİNOV