Tanınmış politoloq, professor Rövşən Novruzoğlunun rus dilində "Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" hərbi strategiyası" adlı analitik kitabı işıq üzü görüb.
Kitabda Sovet İttifaqının süqutundan sonra ümummilli lider Heydər Əliyev tərəfindən nizami Azərbaycan Ordusunun yaradılmasının tarixinə nəzər salınıb. Dağlıq Qarabağ hadisələri, 1992-1994-cü ilin döyüşləri geniş təhlil olunub.
Nəşrdə Azərbaycan üçün ən ağır illərdə ümummilli lider Heydər Əliyev daxili sabitliyi qoruyub saxlayaraq ordu yaratmağa nail olması və 2003-cü ildən sonra bu işi Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsi qeyd edilib. Belə ki, onun rəhbərliyi ilə ordu ən müasir silahla təmin edilib, Qarabağın işğalçılardan azad olunmasında böyük rol oynayan hərbi texnika və müxtəlif təyinatlı silahların istehsalına başlanılıb.
Kitabda həmçinin Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə söz açılıb, Ermənistan-Azərbaycan münaqişəsinin əsas səbəbləri və nəticələri araşdırılıb. Eyni zamanda, Rusiya və Türkiyə də daxil olmaqla, region dövlətləri arasında həm birbaşa hərbi və hərbi-texniki, həm də mürəkkəb siyasi əlaqələr təhlil edilib.
Qarabağ müharibəsi iştirakçısı olan müəllifin bu yeni kitabı hərbi münaqişələr və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, regionşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
E.ŞİRİNOV