Artıq neçə gündür Azərbaycanın bütün bölgələrindı yağmurlu havadır...
Sinoptiklər hələki qar vəd etməsə də, artıq qonşu Güncüstana güclü qar yağıb... Hətta qar və uçqun təhlükəsi ilə əlaqədar daxili əhəmiyyətlu Kutaisi-Tskaltubo-Çaqeri-Lasdili avtomobil yolunun 156-157 km-lik (Panaqa-Lasdili) bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb. Qeyd edilən magistralın 125-156-cı km-lik hissəsində isə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyətlər qoyulub. Belə ki, yolun qeyd edilən hissəsində yalnız əlavə vasitələr olmadan hərəkət gücünə sahib avtomobillərin hərəkətinə icazə verilir.
Qonşumuza qar düşübsə, deməli, soyuq havalar yaxlnlaşır. Azərbaycanın dağlarına qar da yaraşır, üçrıngli bayraq da...
A.Məmmədli