Bu gün Xersonda Ukrayna Silahlı Qüvvələrinin təşkil etdiyi terror aktı nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə Xerson vilayətinin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
"Bu gün, 2022-ci il oktyabrın 23-də ukraynalı millətçilər Xerson küçələrinin birində terror aktı törədiblər. Nəticədə, təəssüf ki, bir nəfər ölüb, üç nəfər yaralanıb", - məlumatda deyilir.
Zərərçəkənlər rayondakı tibb müəssisələrindən birinə yerləşdirilib. Fövqəladə xidmətlər hələ ki, detalları açıqlamayıb.
E.ŞİRİNOV