Rusiya prezidenti Vladimir Putin Burundinin keçmiş ikinci vitse-prezidenti Cozef Butoreyə Rusiya vətəndaşlığı verib.
Bu barədə müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Rusiya vətəndaşlığını qəbul edənlərin siyahısında “Butore Cozef 14 aprel 1969-cu ildə Burundidə anadan olub” qeyd olunub.
Butore 2015-2020-ci illərdə Burundinin ikinci vitse-prezidenti vəzifəsində çalışıb. 2018-ci ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.
E.ŞİRİNOV