Ötən gün Gürcüstana bir günlük rəsmi səfərə gedən Azərbaycan prezidenti İlham Əliyevin gəlişi barədə ölkə prezidenti Salome Zurabişviliyə məlumat verilməyibmiş.

 Gürcüstan prezident administrasiyası ötən gün bu barədə məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, Gürcüstan prezidentinin istəyinə və hazırlığına baxmayaraq, təəssüf ki, prezidentlər arasında ənənəvi olaraq bütün dövlət başçılarının ölkəyə səfəri zamanı keçirilən görüş baş tutmayıb…

Gürcüstan Prezident Administrasiyasının bu açıqlamasından sonra ölkənin “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının lideri Gia Volski bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün konstitusiya səlahiyyətləri və öhdəlikləri yoxdur: "Onun (Prezident İlham Əliyevin) son dərəcə vacib məsələləri var idi və bu mövzu konstitusiyaya əsasən bu görüşün keçirilməsi üçün səlahiyyət və öhdəliklərə malik olmayan Salome Zurabişvilinin onunla görüşüb-görüşməməsi ilə üst-üstə düşməməlidir”.

 Volski vurğulayıb ki, prezident və ya baş nazir dəvət olunanda müzakirə üçün bir sıra mövzular qoyulur. Zurabişviliyə gəlincə, konstitusiya ilə müəyyən olunmasa, onun, hətta Azərbaycan prezidenti ilə də müzakirə edə biləcəyi mövzular yoxdur.

Həmçinin siyasətçi onu da xatırladıb ki, Gürcüstan konstitusiyasına görə, Gürcüstanda dövlət başçısı baş nazirdir, Azərbaycan konstitusiyasına görə isə Azərbaycan Respublikasının rəhbəri prezidentdir.

 "Dövlət başçıları da həmçinin Almaniyaya gəlir və kanslerlə görüşürlər, onlar prezident Ştaynmayerlə görüşmürlər və bu barədə heç bir xəbər yoxdur", - deyə partiya lideri bildirib.

Xatırladq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN