Zatulinin bəyanatlarını Ermənistan üçün zərərli adlandırdılar
***
İrəvan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Bu xəbəri siyasətçinin özü də təsdiqləyib və bunu “təhqiredici addım” adlandırıb. Onun sözlərinə görə, bu, qəflətən baş verib.
"Biz Ermənistan Respublikası Milli Məclisinin xarici əlaqələr şöbəsinin müdirindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikasına zərər verir”, - deyə o bildirib.
Xatırladaq ki, Konstantin Zatulin Ermənistanı dəstəkləməklə tanınır. O, hətta bir vaxtlar Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də səfər etmiş və Xankəndidə ölkəmiz əleyhinə fikirlər də səsləndirmişdi. Bununla bağlı Azərbaycan XİN Rusiyaya nota da vermişdi.
Rusiya Duması isə deputatın açıqlamasının Rusiyanın mövqeyini əks etdirmədiyini bildirmişdi.
İndi isə Ermənistan onun bəyanatlarını zərərli adlandırır və qapılarını ermənilərə çox xidmətlər göstərmiş Zatulinin üzünə bağlayır...
JASMİN