Kiyev Qərbdən yalnız Ukraynanın dağıdılması üçün pul alır, onun sponsorları bərpa etməkdə maraqlı deyil, sadəcə ölkənin “qalıqlarını” bölməkdədir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında yazıb.
Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin Ukraynanın sürətli bərpası planının həyata keçirilməsinə bir sent də ayırmaması ilə bağlı bəyanatlarını şərh edib. "Hələ ki, Kiyev rejimi yalnız Ukraynanın dağıdılması üçün pul alır. Qərb ölkəni kifayət qədər dağıdılmış hesab edəndə, o zaman başqa hekayə başlayacaq. Yalnız bərpa yox, qalıqların bölünməsi", - diplomat qeyd edib.
E.ŞİRİNOV