İran İslam Respublikasına qarşı məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Avropa İttifaqı ilə əlaqəli 12 fiziki və səkkiz quruma sanksiya tətbiq edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sanksiya siyahısına digər təşkilatlarla birlikdə Almaniyanın Deutsche Welle media şirkətinin (Rusiya Federasiyasında xarici media agenti kimi tanınır) farsca nəşrləri və Fransanın Radio France internationale radiostansiyası daxil edilib.

Bundan əlavə, İslam Respublikası Almaniyanın “Bild” qəzetinin baş redaktorlarına və Avropa Parlamentinin bir neçə deputatına qarşı sanksiyalar tətbiq edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN