Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə Rusiyada cinayət cəzasının icrası sahəsində tədbirlərin təkmilləşdirilməsini müzakirə edib.
"Biz bu gün cinayət cəzasının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlərin təkmilləşdirilməsi mövzusunu müzakirəyə təklif etdik. Məruzəçi ədliyyə naziridir", - deyə Putin görüşün əvvəlində sözü Rusiya Federasiyası Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenkoya verib.
Rusiya liderinin Təhlükəsizlik Şurası ilə görüş keçirəcəyi faktını daha əvvəl onun mətbuat katibi Dmitri Peskov açıqlamışdı.
E.ŞİRİNOV