Dünən İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Tezadlar.az İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbaziyə istinadla bildirir ki, terror  nəticəsində həm də onlarla insan yaralanıb. Sitat: "İranın rəsmi mətbuatının yaydığı məlumatına görə, dünən çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri odlu silahla öldürüb, çoxlu sayda insan isə yaralanıb. Ölkədə matəm elan edilib. Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir. Bu  hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib. Hakimiyyət insanları ayıq -sayıq olmağa çağırıb".

Azərbaycan XİN İran hakimiyyətinə baş vermiş terror hadisəsinə görə başsağlığı verib. 

İranda hicab etirazları isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN