Ukraynaya hərbi və iqtisadi yardım Rusiyanın təxribatlarının bir hissəsidir, məqsədi Rusiya dövlətçiliyini və onun Silahlı Qüvvələrini məhv etməkdir. Əgər Qərb ölkələri Rusiya ilə danışıqlar aparmasa, o zaman Ukrayna böhranı nüvə müharibəsinə gətirib çıxaracaq.
Bundesverin keçmiş zabiti və istefada olan polkovnik-leytenant Yurgen Rouz qlobal nüvə münaqişəsinin yaxınlığından danışıb.
Bu barədə RİA Novosti xəbər verir.
"Mənim təxminlərimə görə, indiki vəziyyətdə biz nüvə müharibəsinə tarixin heç bir zamanından daha yaxınıq, xüsusən də burada, Avropada. NATO Rusiyanı Ukraynadakı döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə təhrik etmək üçün əlindən gələni edir ki, daha sonra Rusiya qüvvələrini onlardan istifadə etdiklərinə görə tamamilə məhv edə bilsin", – Almaniya ordusunun keçmiş zabiti bildirib.
E.ŞİRİNOV