Hazırda ABŞ xaos içindədir.
TASS xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla ittifaqda olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı deyib.
Türkiyə dövlət başçısının yaxınlarından biri ABŞ-ın “sosial, iqtisadi və siyasi çıxılmaz vəziyyətə düşməsi” fikrini bildirib. “Biz xaos vəziyyətində olan ABŞ-ın digər ölkələrə mənfi təsir edəcəyinə inanırıq”, o əlavə edib.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ yaxın keçmişdə nüvə silahından istifadə risklərini azaltmaq üçün Moskva ilə əlaqə saxlayıb. Ağ Ev nümayəndəsinin sözlərinə görə, Vaşinqtonun bu mövzunu ən yüksək səviyyədə müzakirə etmək imkanı olub.
E.ŞİRİNOV