Rusiya işğalçılarının Belarus ərazisindən təkrar hücumu halında, Ukrayna Silahlı Qüvvələri düşməni kütləvi atəşə tutmağa başlayacaq.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Fəal müdafiə. Düşmən Belarus Respublikası ərazisindən hücumu təkrarlamaq qərarına gələrsə, əsgərlərimiz belə hərəkət edəcək. Ukrayna ilə dövlət sərhədi keçdiyi andan işğalçıların kütləvi atəşə tutulması başlayacaq. Hər bir yol və cığır, meşələr və təpələr düşmən üçün tələyə və ya xoşagəlməz sürprizə çevriləcək, onun itkiləri böyük olacaq”, - məlumatda deyilir.
Baş Qərargahda qeyd olunduğu kimi, silahlı təcavüzün müdafiəsi və dəf edilməsi üçün bütün mümkün mühəndis maneələri, ərazinin minalanması və minalardan istifadə ediləcək.
"Xüsusi təyinatlı birləşmələr, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Raket Qoşunları və Artilleriya bölmələri aktiv fəaliyyət göstərəcək", - Baş Qərargah vurğulayıb.
E.ŞİRİNOV