Təxminən 40-50 min insan Dnepr çayının sağ sahilində qalıb və hakimiyyət orqanlarının təklif etdiyi evakuasiyadan imtina edib.
Bu barədə bazar ertəsi Xerson şəhərinin meri Aleksandr Kobets məlumat verib.
"Bizim məlumatlara görə, qonşu ərazilərin əhalisinin Xerson şəhəri vasitəsilə təxliyə edildiyini nəzərə alaraq, bizim hesablamalarımıza görə, hələ də şəhərdə 40-50 minə yaxın insan qalıb", - o, "Rossiya-24" telekanalın efirində deyib.
Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo oktyabrın 18-də Ukrayna hərbçilərinin Kaxovskaya su elektrik stansiyasına zərbə endirməsi halında baş verə biləcək daşqın təhlükəsi səbəbindən bölgənin sağ sahil hissəsindən mülki əhalinin Dnepr çayının sol sahilinə köçürüləcəyini bildirib.Oktyabrın 31-də Saldo bölgənin sol sahilində evakuasiya zonasının Dneprdən 15 km uzağa genişləndirildiyini elan etdi.
E.ŞİRİNOV